Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov növbəti səyyar qəbulunu keçirdi

0

  •         Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin may ayında keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, may ayının 5-də Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul-görüş keçirdi. Görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər.        Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək son illərdə respublikamızın o cümlədən Xocalı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərinə məlumat verdi.      Səyyar qəbulda səsləndirilən müraciətlər əsasən işlə təminolunma, ayrı təsərrüfat kimi qeydiyyata alınmasına köməklik və digər məsələlər barədə oldu.       İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verdi.         
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Şahmar Usubov növbəti səyyar qəbulunu keçirdi

    Maraqlı gələ bilər
    44
    48
    38
    39
    80